Avroliqa: "Qarabağ" mərhələ adlaya bilmədi (Yenilənib)

img

03-11-2022 [23:41]


Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu start götürüb.

Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun 25-ci dəqiqəsində qonaqların oyunçusu Nils Petersen penaltini dəqiq yerinə yetirib - 0:1.

54-cü dəqiqədə "Qarabağ"ın penaltisini VAR hakimləri ofsayd səbəbindən ləğv edib. Bundan 2 dəqiqə sonra "Qarabağ"ın vurulan qolu da ofsayd qərarı ilə ləğv olunub.

60-cı dəqiqədə isə "Qarabağ"ın müdafiəçisi Kerim Medina qırımız kartla oyundan qovulub.

Hazırdda "Qarabağ" 10 oyunçu ilə oynayır.

90-cı dəqiqədə "Qarabağ" hesabı bərabərləşdirib - 1:1

G qrupunun digər görüşündə "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ını qəbul edir və həmin oyunda qonaqlar qalib gəlir - 0:2.

Bu qələbə ilə "Nant" 9 xalla 3-cü pilləyə yüksəlib.

Bu nəticələrdən sonra "Farayburq" qrup lideri, "Nant" isə ikinci yerin sahibi kimi avroliqada növbəti mərhələyə çıxıb. "Qarabağ" isə Konfrans Liqasında çıxş edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub