Ermənistan Təbrizdə Baş Konsulluq açır - Bu tarixdə

img

03-11-2022 [16:34]


Ermənistan 2023-cü ildə İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində Baş Konsulluq açacaq.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışı zamanı məlumat verib.

Onun sözlərnə görə, Ermənistan 2023-cü ildə Uruqvayda səfirlik, Rusiyanın Şimali Osetiya Respublikasının mərkəzi Vladiqafqaz şəhərində konsulluq açacaq.

Nazir həmçinin bildirib ki, Ermənstan Kiprin yunanlara aid hissəsində və Serbiyanın paytaxtı Belqradda diplomatik missiyanın ofisini açmağı nəzərdə tutub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR