Türk general Azərbaycan XTQ-çilərinin İranla sərhəddəki təlimini izlədi, xüsusi təyinatlılarla görüşdü - FOTOLAR

img

03-11-2022 [16:18]


Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı, general-leytenant Bəxtiyar Ersay ölkəmizin xüsusi təyinatlılarının təlimini izləyib.

Mia.az xəbər verir ki, o, bu məqsədlə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə ölkənin cənub bölgəsinə səfər edib.

Z.Həsənov və B.Ersay xüsusi təyinatlılarla görüşüb, onların qayğıları ilə maraqlanıb.

Onlar eyni zamanda, Azərbaycanın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıblar.

Qeyd edək ki, müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən noyabrın 2-də Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissələrinin təlimi başlayıb.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub