Buraxılış və qəbul imtahanlarında növbəti dəyişiklik oldu - DETALLAR
03-11-2022 [15:55]
Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərən fənlər üzrə işçi qruplarında 2023-cü ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramların müzakirəsi başa çatıb.
DİM-dən Mia.az-a verilən xəbərə görə, proqramlar respublikanın ümumtəhsil məktəblərində müvafiq fənlər üzrə qüvvədə olan dərsliklər və fənn kurikulumlarının məzmun standartlarının tələbləri və təlim nəticələri əsasında hazırlanıb, təkmilləşdirilib.
Müzakirələr zamanı 9 və 11-ci siniflərdə təhsil alanların aşağı siniflərdə keçdikləri dərsliklərlə hazırda həmin siniflərdə qüvvədə olan dərsliklər müqayisə edilib. Onlarda olan yeniliklər və fərqlər müəyyənləşdirilib. Proqramlara yalnız hər iki dərslikdə eyni olan mövzular və faktlar daxil edilib, dəqiqləşdirmələr aparılıb. Məktəb kursundan çıxarılmış mövzular proqramlardan da çıxarılıb.
Azərbaycan dili fənni üzrə
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarına “Vurğu” daxil edilib.
Ədəbiyyat (Azərbaycan bölməsi) fənni üzrə
Dərsliklərdən çıxarıldığı üçün Mehdi Hüseynin “Odlu qılınc” əsəri və Bəxtiyar Vahabzadənin ”Vətəndaş” şeiri proqramdan çıxarılıb.
Riyaziyyat fənni üzrə
Dərsliklərdən çıxarıldığı üçün “Triqonometrik bərabərsizliklər” mövzusu tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarından çıxarılıb. Həmçinin tədrisinin bir hissəsi mart ayından sonraya düşdüyünə görə “Törəmə və onun tətbiqləri” və “Funksiyanın limiti” mövzuları tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramından çıxarılıb. Həmin mövzular ali təhsil müəssisələrinə qəbul imtahanı proqramında saxlanılıb.
Kimya fənni üzrə
“Məhlulların qarışdırılma düsturları” mövzusu, həmçinin disaxaridlərdən laktoza həm I, həm də IV ixtisas qrupları üzrə qəbul proqramlarından çıxarılıb. Bununla yanaşı, I ixtisas qrupu üzrə qəbul proqramından “Qeyri-üzvi birləşmələr arasında genetik əlaqə” çıxarılıb. IV ixtisas qrupu üzrə isə “Zaytsev qaydası” və “Qarışqa turşusunun xüsusi xassələri” mövzuları qəbul proqramından çıxarılıb.
Fizika fənni üzrə
Dərsliklərdən çıxarıldığına görə “Çevrə üzrə bərabərsürətli hərəkət”, “Termodinamikanın birinci qanununun izoproseslərə tətbiqi”, “Adiabat proses”, “Biratomlu ideal qazın xüsusi istilik tutumu “, “Proyeksiya aparatı” mövzuları qəbul proqramından çıxarılıb. Dərsliklərdə olan və hazırkı abituriyentlərin keçdikləri: “Dəyişən elektrik cərəyanı” bölməsi və “Radius-vektorun dönmə bucağı”, “İnfrasəs”, “Radiolokasiya”, “Elementar zərrəciklər” mövzuları qəbul proqramına daxil edilib.
Ədəbiyyat (rus bölməsi) fənni üzrə
Dərsliklərdən çıxarıldığına görə aşağıda adları göstərilən əsərlər proqramdan çıxarılmışdır.
Azərbaycan ədəbiyyatı
Дастан “Кёроглу” (глава “Приход Демирчиоглы в Ченлибель”).
Мухаммед Физули. Газель “Бессилен друг, коварно время... ”.
Молла Панах Вагиф. Газель “Кто заболеет любовью... ”, гошма “Байрам”.
Сеид Азим Ширвани. Стихотворение “К мусульманам Кавказа”.
Мирза Фатали Ахундзаде. Комедия “Везирь Лянкяранского ханства”.
Самед Вургун. Стихотворение “Горы”.
Мир Джалал Пашаев. Рассказ “Сирота”.
Расул Рза. Стихотворение “Карабах”.
Бахтияр Вагабзаде. Стихотворение “Карабахский конь”.
Гусейн Аббасзаде. Отрывок из цикла “Той победной весной” (в объёме учебника).
Rus ədəbiyyatı
ЛИТЕРАТУРА XVIII ВЕКА
Николай Михайлович Карамзин. Повесть “Бедная Лиза”.
ЛИТЕРАТУРА ХIХ ВЕКА
Александр Сергеевич Пушкин. Стихотворение “И.И.Пущину” (“Мой первый друг, мой друг бесценный…”). Поэма “Кавказский пленник”. Трагедия “Скупой рыцарь”.
Иван Сергеевич Тургенев. Рассказ “Бежин луг”.
Фёдор Михайлович Достоевский. Роман “Бедные люди”.
Лев Николаевич Толстой. Рассказ “Люцерн”. Драма “Живой труп”.
Антон Павлович Чехов. Рассказ “Смерть чиновника”. Комедия “Чайка”.
ЛИТЕРАТУРА ХХ ВЕКА
Владимир Владимирович Маяковский. Стихотворение “Необычайное приключение...”.
Иван Третьяков. Рассказ “Бывают минуты...”.
Dünya ədəbiyyatı
Жан Батист Мольер. Комедия “Тартюф”.
О. Генри. Новелла “Последний лист”.
Ədəbiyyat nəzəriyyəsi
Понятие о стихосложении. Трёхсложные размеры: дактиль, амфибрахий, анапест.
Bununla yanaşı, proqrama
ЛИТЕРАТУРА ХIХ ВЕКА
Антон Павлович Чехов. “Маленькая трилогия” (общая характеристика); “О любви” daxil edilmişdir.
Bir sıra proqramlarda müvafiq dərsliklərə uyğun yalnız redaktə xarakterli düzəlişlər edilib.
Məlumat üçün bildirilir ki, ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanları proqramlarının tam mətni “Abituriyent” jurnalının xüsusi buraxılışlarında, ali təhsil müəssisələrinə qəbul imtahanları proqramlarının tam mətni isə “Abituriyent” jurnalının birinci sayında dərc ediləcək.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)