Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə komendantın həyata keçirəcəyi işlər açıqlanıb

img

03-11-2022 [13:20]


Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə komendantın həyata keçirəcəyi işlər açıqlanıb.

Mia.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, Komendant:

1. komendantlığın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

2. müavinləri arasında vəzifə bölgüsü aparır;

3. Qanunun 13-cü maddəsində nəzərdə tutulan səlahiyyətləri həyata keçirir;

4. komendantlığın strukturunu və komendantlığın fəaliyyətinə cəlb olunan şəxslərin say həddini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla müəyyən edir;

5. bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan şəxslərin komendantlığın fəaliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görür;

6. komendantlığın strukturuna daxil olan bölmələrin iş bölgüsünü müəyyən edir;

7. komendantlığı və birləşmiş əməliyyat qərargahını təmsil edir;

8. Azərbaycan Respublikasının Prezidenti, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə xüsusi idarəetmə orqanı yaradıldığı halda isə həmçinin xüsusi idarəetmə orqanının rəhbəri tərəfindən ona həvalə edilmiş digər səlahiyyətləri həyata keçirir.

Komendantlıq fəaliyyətini komendantın müəyyən etdiyi iş rejimi qaydalarına uyğun olaraq fasiləsiz həyata keçirir. Komendantlığın fəaliyyətinə cəlb olunan şəxsin əsas iş yeri və orta əmək haqqı saxlanılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub