Ərdoğan: "Putin geri çəkilən adam deyil" - "Rusiya hər cür imkana malik olan böyük ölkədir..."

img

02-11-2022 [23:15]


"Cənab Putin üzərinə gedilərkən geri çəkilən adam deyil".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyənin ATV kanalında sualları cavablandıran Türkiyə prezidenti Ərdoğan deyib.

Ərdoğan Putin və Zelenski ilə şəxsi münasibətlərindən danışaraq qeyd edib ki, hər ii ölkə liderindən indiydək mənfi cavablar almayıb: "Həmişə bir-birimizə qarşı müsbət davranmışıq. Şəxsi münasibətlərimiz də yüksəkdir. Bu kimi məsələlərdə şəxsi münasibətlər, sözsüz ki, əsas rol oynayır. Biz buna "lider diplomatiyası" deyirik".

Türkiyə lideri daha sonra Putini tərifləyib: "Zatən, Putin elə bir liderdir ki, onun üzərinə getməklə nəyəsə nail olmaq olmaz. Baxın, bəzilərinin mövqeyinə. Bir ay əvvələ kimi dünyanın ən sayğln 3-5 dövlətindən biri olan Rusiya barədə necə danışırdılar, indi isə Putinlə danışığın önəmini anlayıblar.  Rusiya hər cür imkana malik olan böyük ölkədir, sən onun liderinin üzəriə gedəcəksən, o da sakit dayanacaq? Bir lider olaraq sizə hücumlar edilsə, siz buna göz yumarsınızmı? Etməzsiniz. Mənə qarşı edilsə, mən də etmərəm. Nə lazımdırsa, onu da edərəm. Cənab Putinin də etdiyi budur". 

O, Ukrayna taxılı ilə bağlı bərpa olunan təhlükəsizlik dəhllzinin bu gün yenidən bərpası barədə suala cavab verərəkən deyib ki, Putin və Zelenski ilə danışıqlarında kübrə ixracı problemini də gündəmə gətiriblər: "Güman edirəm ki, bu məsələni də çözəcəyik".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR