"Sabahkı oyuna tam ciddiyyətlə hazırlaşırıq" - Qurban Qurbanov

img

02-11-2022 [19:49]


"Sabahkı oyuna tam ciddiyyətlə hazırlaşırıq"

Mia.az xəbər veirr ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniya "Frayburq"una qarşı keçirəcəkləri cavab oyunu ilə baş tutan mətbuat konfransında deyib.

O bildirib ki, özünün və oyunçularının fikri yalnız bo oyuna kökləni: "Qarşımızda intizamlı, güclü komanda var. Ona görə də istəyirik ki, tam gücümüzlə bu matça köklənək. Oyununn mahiyyətini yaxşı dərk edirik. Qrupda məğlubiyyəti olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi artıq tanıyırıq, oyunçularına bələdik. Futbolçularıma güvənirəm. Ümid edirəm ki, ən yaxşı oyunumuzu göstərəcəyik. Biz hamımız peşəkarıq. Bilirik ki, ya qalib gələcəyik, ya da məğlub olacağıq. "Nant"la oyunumuzdan sonra Şahruddin Məhəmmədəliyevin adı çox hallandı. Səhvsiz futbolçu yoxdur. Bu hal həm məni narahat edir, həm də komandada təzyiq yaradır. Azarkeşlərimizi də yaxşı başa düşürəm. Həmişə onlara güvənmişk. Hamımız birlikdə gücümüzü bir edib rəqiblərə qalib gələ bilərik. Anma bu cür hallar pis təsir edir. Bununla belə, hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur. Futbolçuların hamısı başa düşür ki, bu cür oyunlarda özlərini necə aparmaq lazımdır".

Xatırladaq ki, oyun sabah saat 21:45-də başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR