Nazirliyin şöbə müdiri barədə həbs qərarı verildi

img

02-11-2022 [18:27]


Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Mia.az xəbər verir ki, Səbail rayon Məhkəməsi İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə tələbi təmin edib.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.


Digər xəbərlər
SON XƏBƏRLƏR