Göyçayda maşın 8 yaşlı uşağı vuraraq öldürüb

img

02-11-2022 [15:42]


Göyçayda maşın 8 yaşlı uşağı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, Elçin Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 2014-cü il təvəllüdlü N.Qurbanzadəni vurub. Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR