“QİÇS: profilaktika yeganə çıxış yoludur” adlı layihə... - Şəki şəhərində ilk maarifləndirmə sessiyası təşkil olunub

img

02-11-2022 [13:57]


“İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərfindən maliyyəşdirilən “QİÇS: profilaktika yeganə çıxış yoludur” adlı layihəsi çərçivəsində Şəki şəhərində ilk maarifləndirmə sessiyası təşkil edib.

Mia.az xəbər verir ki, layihənin əsas ideyası əhali qrupları arasında infeksion xəstəliklərin yayılmasının qarşısının alınması üçün maarifləndirmə və profilaktik tədbirlərin həyata keçirilməsi vasitəsilə zərərin azaldılmasına qismən də olsa nail olmaqdır. Bu məqsədlə İnkişaf-2006 SDİB respublikanın 3 bölgəsində (Şəki, Ağdaş və Yevlax) əhali qrupları üçün maarifləndirmə sessiyaları və profilaktik tədbirlər həyata keçirməyi planlaşdırır. İlk tədbir 01 noyabr 2022-ci il tarixində Şəki şəhərində 25 nəfər gənclər qrupları üçün təşkil edilmişdir. Maarifləndirmə sessiyası təşkilatın təlimçisi Ədilə xanım Cabbarzadə tərəfindən aparılmışdır. Sessiyada layihənin eksperti Sədrəddin Əliyev və layihə rəhbəri Füzuli Abıyev iştirak etmişlər. Layihə ZOOM proqramı vasitəsilə də canlı olaraq təqdim olunmuşdur. Növbəti tədbir Şəki şəhərində mövzu ilə bağlı ümumşəhər kampaniyasının keçirilməsini nəzərdə tutur. Daha sonra isə analoji tədbirlər Yevlax və Ağdaş rayonlarında həyata keçiriləcəkdir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR