Sürücü minaya düşdü - Cəbrayılda (Yenilənib)

img

02-11-2022 [13:40]


Daxili İşlər Nazirliyi Cəbrayıl rayonunda baş vermiş mina partlayışı ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Mia.az-a daxil olan məlumatda deyilir: "Bu gün  Cəbrayıl rayonunun Mehdili kəndində mina partlayışı qeydə alınıb. Müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxan 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu piyada əleyhinə minaya düşüb. Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyə edilməklə xəstəxanaya çatdırılıb. 

Araşdırmalar davam etdirilir".

***

Bu gün Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən  Mia.az-a bildirilib ki, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR