Mətbuat katibi vəzifədən getdi

img

02-11-2022 [13:17]


"Öz öz xahişimlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) tutduğum vəzifədən ayrıldım".

Ma.az xəbər verir ki, bU sözləri AQTA-nın mtbuat kattbi Aysel Fərziyeva sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, 10 illik jurnalist fəaliyyətinin son 4 ili AQTA ilə bağlı olub: "Bu müddətdə AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri, AQTİ-PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, Agentlik sədrinin media məsələləri üzrə köməkçisi, mətbuat katibi kimi fəaliyyət göstərdim. Eyni zamanda qurumun müxtəlif telekanallarda yayımlanan verilişlərinin layihə rəhbəri və aparıcısı, elmi-kütləvi jurnalının baş redaktoru oldum. Yeni yaranan, gənc bir qurumun müsbət imicinin formalaşması, düzgün kommunikasiyanın qurulması, media ilə əlaqələrinin inkişafı üçün əlimdən gələni etməyə çalışdım. İctimaiyyətlə əlaqələr, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq, həmçinin dövlət qurumunda idarətmə sahəsində uzunmüddətli iş təcrübəsi əldə etdim. Ən əsası, bu dövrdə peşəkar komanda ilə işləmək imkanı və əvəzsiz dostlar qazandım.

Bu illər ərzində fəaliyyətimin uğurlu olmasında dəstək göstərən AQTA rəhbərliyinə, birlikdə çalışdığım komandamıza və jurnalist həmkarlarıma təşəkkür edirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR