"Frayburq"un baş məşqçisindən "Qarabağ"la oyun haqda açıqlama: "Hələ kimin oynaması barədə heç nə demək istəmirəm"

img

02-11-2022 [11:54]


"Hələ kimin oynaması barədə heç nə demək istəmirəm".

Mia.az xəbər verir ki, bunu Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, hər bir oyunçuya bu görüşdə şans verə biləcəyini söyləyib: "Qapıçı mövqeyində də dəyişiklik ola bilər. Bu rəqib həmişə yaradıcı həllər tapmağa və hücum futbolu oynamağa çalışır. Baş məşqçiləri 2008-ci ildən oradadır. Bu, son dərəcədə əlamətdar hadisədir".

Baş məşqçi bəzi itkilərinin olduğunu sözlərinə əlavə edib: "Manuel Qulde, Merlin Röl və Jonatan Şmid Bakıya getməyəcək".

Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub