Müdafiə Nazirliyi: "Bu ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil"

img

01-11-2022 [17:11]


Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb.

Mia.az xəbər verir ki, Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Bildirilib ki,  qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil: "Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR