İsa Həbibbəyli: "AMEA-da Qarabağı kompleks şəkildə araşdıran elmi qurum yaratmalıyıq"

img

01-11-2022 [14:31]


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qarabağı kompleks şəkildə araşdıran elmi qurumun yaradılması təklif edilib.

Bu təkliflə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edib.

O bildirib ki, AMEA olaraq Qarabağda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən müəyyən tədqiqatlar aparılır: "Lakin ümumilikdə Qarabağın tarixi, musiqisi, ədəbiyyatı, folkloru ilə bağlı geniş araşdırmalar aparılmasına ehtiyac var və bunun üçün də AMEA-da Qarabağı kompleks şəkildə araşdıran elmi qurumun yaradılması faydalı olardı"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR