Azərbaycan komandoları taktiki-xüsusi təlimdə - VDEO

img

01-11-2022 [12:49]


Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissəsinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Mümkün təxribatın qarşısının alınması məqsədilə komandolar daimi dislokasiya məntəqəsini tərk edərək əməliyyat rayonu istiqamətində hərəkət ediblər.

Əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin müvəqqəti sığınacaqlarının müəyyən olunaraq mühasirəyə alınması və zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.

Keçirilən təlimdə əsas diqqət şəxsi heyətin dağlıq ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsinə, atıcı silahlardan istifadəetmə bacarıqlarının artırılmasına, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR