Sabah hava necə olacaq? - Proqnoz

img

01-11-2022 [12:55]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Mia.az xəbər verir ki, sabah gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz. Şimal küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub