NAZİRİN BİRİNCİ MÜAVİNİ SAXLANILDI - DTX-dən nazirlikdə əməliyyat keçirib, saxlanılanlar var (Yenilənib)

img

01-11-2022 [16:09]


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir.

Mia.az APA-ya istinadla xəbər verir ki, əməliyyat zamanı vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

Məlumata görə, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər saxlanılıb.

Hazırda əməliyyat davam edir.

Qeyd edək ki, E.Əliyev 2021-ci ilin sentyabr ayından mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışır.

Qeyd edək ki, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Həmin vaxt nazir müavini olmuş Rafiq Bayramov saxlanılmışdı/Report

***

DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatda daha bi məmurda istintaqa cəlb edib. 

Mia.az Haqqın.az-a istinadən bildirir ki, Nazirliyin təchizat və əmlak üzrə şöbəsinin rəisi İlkin Nəsibov  saxlanılıb.

Qeyd edək ki, bu gün keçirilən əməliyyat zamanı nazirin birinci müavini Elnur Əliyev, protokol şöbəsinin rəisi Kamil Rzayev tutulub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub