"Azəriqaz"ın işçisinin maaş kartındakı pul oğurlanıb

img

01-11-2022 [12:21]


Baki şəhər sakini Vəliyev Sabir Səttar oglu Daxili İşlər Nazirliyinə və  Azərbaycan Beynəlxalq Bahkının rəhbərliyinə müraciət edib.

Bu barədə Mia.az-ın poçtuna məktub ünvanlayan Sabir Vəliyev maaş kartından pullarının oğurlandığını iddia edib:

"Yazib Sizə bildirirəm ki, Beynəlxalq bank vasitəsi ilə əmək haqqı alıram. Son 5-6 ay ərzində ağır xəstəlik nəticəsində yataq xəstəsi olmuşam. Bu səbəbdən, işlədiyim "Azəriqaz" son bir necə ayin əmək haqqını və  xəstəliklə baglı iki min manat ödənişi maaş kartımdan vaxtından çıxarmamışam. Lakin bu yaxinlarda hesabimi yoxlayanda aydın oldu ki, hesabım boşdur. Bununla baglı Banka muraciət etdim, dedilər ki, hesabdakı pulum guya onlayn qaydada ogurlanib".

Şikayətçi indi DİN və Bank rəhbərliyindən və Bankdan araşdırma aparılmasını xahiş etməklə yanaşı, ooğurlanan pullarının geri qaytarılmasına kömək göstərilməsini istəyir".


Digər xəbərlər
SON XƏBƏRLƏR