Keçmiş müstəntiqin məhkəməsi... - Abbas Abbasovun oğlu ilə bağlı vəsatət təmin olunmayıb

img

01-11-2022 [12:04]


Azərbaycan Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun oğlu, keçmiş deputat Aydın Abbasovun məhkəmədə dindirilməsi tələb edilib.

Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə rüşvət almaqda təqsirləndirilən Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və ehtiyatda olan polis zabiti Ramin Talıbovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesində vəsatət qaldırılıb.

Belə ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən S.Kərimov bir neçə vəsatətlə çıxış edib.

S.Kərimov həmçinin cinayət işi üzrə istintaqı aparan müstəntiq Nürəddin Qasımovun məhkəmədə dindirilməsini istəyib.

Onun sabiq Baş nazirinin birinci müavini olmuş Abbas Abbasovun oğlu, keçmiş deputat Aydın Abbasovun məhkəmədə dindirilməsi tələbi ilə bağlı vəsatəti təmin olunmayıb.

Elan olunub ki, təqsirləndirilən şəxsin şahidlədirin dindirilməsinidən sonra ifadə verməsi ilə bağlı vəsatəti təmin olunub.

Daha sonra digər təqsirləndirilən Ramin Talıbovun vəkili də vəsatətlə çıxış edib. O söyləyib ki, cinayət işi üzrə əsas şahidlər dindiriləndən sonra müdafiə etdiyi şəxsin dindirilməsi təmin olunsun.

Məhkəmə vəkilin bu vəsatətini də təmin edib.

Daha sonra prokuror cinayət işi üzrə ittiham aktını elan edib.

İttihama görə, Bakı şəhər Prokurorluğunun müstəntiqi olmuş S.Kərimov və keçmiş sahə inspektoru R.Talıbov Yasamal rayonunda hindistanlılardan 300 min dollar pul tələb ediblər. Son nəticədə isə 20 min manat pul alıblar.

İstintaq sənədlərinə görə, S.Kərimov Hindistan vətəndaşları - Sham Das Ghanshamdas, Raj Kumar Wadhqwani Anıl, Kishor Sindhi, Naresh Shanti Kumar, Vikram Singh Rajpurohit, Venkatesh Kadrı, Bhojwani Dhiraj, Ashok Kumar, Ananthakrıshnan Balasubramaniandan rüşvət alıblar.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Məhkəmədə ittihama münasibət bildirən hər iki təqsirləndirilən şəxs özlərini təqsirli bilməyiblər.

Daha sonra S.Kərimovun vəkil Kamandar Nəsibov çıxış edib. O, A.Abbasovun oğlu Aydın Abbasovun məhkəmədə dindirilməsi vəsatətinin təmin edilməsini istəyib:

“Aydın Abbasovun göstərişi əsasında bu cinayət işi başlanıb. Onun sifarişi ilə prokurorluq və daxili işlər orqnalarına ləkə vurulmaq məqsədi ilə bu iş qurulub. Cinayət işi başlanılmamışdan əvvəl Aydın Abbasov Zakir Qaralovun yanında olub, onun göstərişi ilə bu cinayət işi başlanılıb. Biz hesab ediri ki, Hindistan vətəndaşları burada dindirilsin. Bundan sonra təqsirləndirilən şəxs ifadə verəcək”.

Məhkəmə qərar qəbul edib və bildirilib ki, əvvəlcə şahidlərin dindirilməsi həyata keçiriləcək, daha sonra təqsirləndirilən şəxslər ifadə verəcək, sonda isə işdə olan sübutalar araşdırılacaq.

Növbəti proses noyabrın 14-də davam edəcək.

Xatırladaq ki, Hindistan vətəndaşlarını işlədiyi şirkət sabiq Baş nazirinin birinci müavini olmuş Abbas Abbasovun oğlu, keçmiş deputat Aydın Abbasova məxsus olub. S.Kərimov həbsinə görə keçmiş deputat Aydın Abbasovu günahlandırıb. O iddia edib ki, barəsindəki cinayət işi Aydın Abbasovun şikayəti əsasında başlanıb.

Söhbət Aydın Abbasova məxsus şirkətin hindistanlı işçilərindən rüşvət alınması haqda şikayətdən gedir. Cinayət işinin materialları arasında keçmiş deputatın prokurorluğa məktubu da var. Rüşvət alındığı iddia olunan hindistanlılar da deyiblər ki, işlədikləri yuyucu toz istehsalı və satışı ilə məşğul olan şirkət Aydın Abbasova məxsus idi.

Bir müddət sonra müstəntiqin əməlinin üstü açılıb, o, prokurorluq orqanlarından xaric olunub. Həmin vaxtdan isə S.Kərimov ölkəni tərk edib.

Faktla bağlı S.Kərimov və R.Talıbov barəsində cinayət işi başlanılıb. S.Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub. R.Talıbov isə zaminə buraxılıb.

Sabiq müstəntiq prokurorluqdan çıxandan sonra Rusiyaya gedib, xeyli müddət orada yaşayıb. 2022-ci ilin yayında Azərbaycana qayıdıb. O, şəxsiyyət vəsiqəsini yeniləməkdən ötrü "ASAN Xidmət"ə gedib, ertəsi gün isə saxlanılıb.

Qeyd edək ki, Abbas Abaasov 1992-2006-cı illərdə Baş nazirin birinci müavini vəzifəsində açılıb. Aydın Abbasov isə 2005-2015-ci illərdə Milli Məclisin deputatı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR