"Sülhməramlılara gəlincə, bu..." - Putindən Əliyev və Paşinyanla görüşü barədə açıqlama

img

01-11-2022 [00:41]


“Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası üçün ilkin şərtlər mövcuddur”.

Mia.az xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Rusiya olaraq nizamlanmaya yönəlmiş istənilən səyləri həmişə alqışlayırlar:

"Biz qarşıdurmanın azaldılmasına və nizamlanmaya yönələn hər şeyi dəstəkləyirik.

Sülhməramlılara gəlincə, bu, münaqişəyə son qoyulan 2020-ci ilin noyabrında bizim birgə bəyanatımızda qeyd olunub. Burada əlavə ediləcək heçnə yoxdur. Biz bu barədə (Rusiya sülhməramlılarının Qarabağdakı mandatının uzadılması barədə-red) danışmışıq". Bu, bizim birgə razılaşmamızı tələb edir”, - Putin qeyd edib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının mandatının uzadılması ilə bağlı qərar digər məsələlərdən - sülh müqaviləsinin mümkün bağlanmasından və Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasından asılıdır. "Əgər bu məsələlər həll olunsa, onda sülhməramlılar məsələsi başqa cür olacaq. Əgər həll olunmasa və ya müəyyən dərəcədə (həll olunsa), bizim sülhməramlı kontingentimizin taleyi bundan asılıdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR