Putin Paşinyanla bir saat müzakirə aparıb: “Bakı ilə İrəvan arasında münaqişəyə nə vaxtsa son qoyulmalıdır” - "Bu, bizim üçün xüsusi bir vəziyyətdir"

img

31-10-2022 [17:00]


“Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir. Ona nə vaxtsa son qoyulmalıdır”.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi və bir saatdan çox çəkən görüşdə deyib.

O bildirib ki, rəsmi Moskva bu prosesi dəstəkləyir: “Bilirəm ki, sizin bununla bağlı siyasi iradəniz var. Bütün məsələlərdə razılaşmaq lazımdır. Bu, bizim üçün xüsusi bir vəziyyətdir. Ümid edirəm ki, nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik”.

Putin hazırda Soçidəki pis hava şəraitindən də söz açaraq deyib ki, görüş yerini o, seçməyib: "Görüş yerini də siz və prezident İlham Əliyev seçmisiniz. Payız havasına görə üzr istəyirəm, amma görüləsi heç nə yoxdur, payız payızdır".

Paşinyan isə sərsəm iddialarla çıxış edərək, deyib ki, Azərbaycan ordusu Qarabağda rus sülhməramlılarının “məsuliyyət zonası”ndan çıxarılmalıdır: "Ermənistan ərazisindən keçən kommunikasiya xətləri İrəvanın nəzarətində olmalıdır".

Putin çıxışında 10 noyabr 2020-ci ildə müharibənin necə və hansı razılaşma ilə dayandırıldığını xatırladıb: “Biz hamımız o fikirlə razılaşdıq ki, sülhü təmin etmək və inkişafa nail olmaq lazımdır, həmçinin, Ermənistan iqtisadiyyatının inişafı üçün nəqliyyat infrastrukturunun blokadan çıxarılması, yeni marşrutların yaradılması... Biz bu gün bu məsələləri danışmalıyıq və ümid edirəm irəliləyiş olacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub