Bərdədə kafedə silahlı insident: iki nəfər güllələnib (Yenilənib)

img

31-10-2022 [17:17]


Bərdədə kafedə həmyerlilərini güllələyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunundan Mia.az-a bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Rəcəb Məmmədovun yeri müəyyən edilərək saxlanılıb və ondan istifadə etdiyi ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

Bərdə sakini kafedə həmyerlilərini güllələyib.

Hadisə rayonun Bala Qacar kəndində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, kənd sakini Rəcəb Məmmədov aralarında yaranmış münaqişə zamanı həmkəndliləri - Sərxan Əsədova və kafenin sahibi Eldar Məmmədova odlu silahdan atəşə açaraq xəsarət yetirib.

Daha sonra hər iki yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

R.Məmmədovun məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR