Bakıda məktəbdə şagirdə qarşı əxlaqsız... - DİN açıqlama yaydı

img

31-10-2022 [11:08]


Bakıda məktəbdə şagirdə qarşı əxlaqsız hərəkətlər edən şəxs tutulub.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsində oktyabrın 27-də rayon ərazisindəki orta məktəblərin birində məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilməsi barədə daxil olan məlumatla əlaqədar Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə və quldurluq əməllərinə görə məhkum olunmuş Tərtər rayon sakini Sahil Həsənov müəyyən olunaraq saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR