PUTİN SÜLH MÜQAVİLƏSİNDƏN və ABŞ-ın PLANINDAN DANIŞDI: "Ermənilər hansı variantı seçəcəksə..." - "Biz Ermənistana nəyisə diktə edə bilmərik və..."

img

27-10-2022 [20:27]


"Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında deyib.

Putin bildirib ki, hər iki ölkə arasında sülh lazımdır: "Əlbəttə, bu müqavilə lazındır. Biz Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasını və nizamlanmasını dəstəkləyirik. Ancaq hansı variantlarda? Bu varinatların seçimi Ermənistan rəhbərliyi, xalqı etməlidir. Onlar sülh üçün hansı variantı seçərsə,biz dəstəkləyirik. Lakin biz erməniləri bunaŞ heç nəyə nəyə məcbur etmirik. Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar”.

Putin daha sonra ABŞ və Avropa ilə gərgin münasibətlərdən danışıb.

O bildirib ki, Rusiya heç vaxt Qərbi özünün düşməni saymayıb: "Rusiya Qafqazda Qərbin dəstəklədiyi terror yuvasına qarşı mübarizədə verdiyi bədəli hər zaman xatırlayacaq. Rusiyanın Qafqazda terrorizmə böyük ölçüdə çeçen xalqının cəsarəti sayəsində qalib gəlib. Rusiyanı məhv etmək və geosiyasi xəritədən silmək alınmayıb və heç vaxt da alınmayacaq. Rusiya Federasiyası özü hegemon olmaq niyyətində deyil. Ancaq Qərbin hökmranlığının tarixi dövrü başa çatır, birqütblü dünya keçmişə çevrilir. Biz tarixi dönüş nöqtəsindəyik. İkinci Dünya Müharibəsinin bitməsindən sonra yəqin ki, ən təhlükəli, gözlənilməz və eyni zamanda mühüm onillik qarşıdadır. Yeni dövrün əsas ziddiyyəti ondan ibarətdir ki, Qərb bəşəriyyəti təkbaşına idarə etmək iqtidarında deyil, buna ümidsiz şəkildə çalışır və dünya xalqlarının çoxu artıq buna dözmək istəmir. Hazırda biz tarixi mərhələdəyik, müasir dünyada çətin ki, kənarda oturmaq mümkün olsun”.

Putin daha sonra nüvə savaşı təhlükəsindən söz açıb. Deyib ki, nə qədər nüvə silahı var, demək, təhlükə də var: "Ancaq bu gün nüvə təhlükələri ilə bağlı yaranan söz-söhbət boş hay-küydür. Qərb ölkələri bu cür hay-küylə Rusiyaya qarşı dünyaya təsir etmək istəyir. Qərb həmişə vəziyyəti gərginləşdirmək istəyir, qanlı, təhlükəli və çirkin oyun oynayır". 


Digər xəbərlər
SON XƏBƏRLƏR