Astarada “Qırmızı Kitab”a düşən ağaclar kəsilib - FOTO

img

27-10-2022 [15:15]


Astarada “Qırmızı Kitab”a düşən ağaclar kəsilib.

Mia.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadla xəbər verir ki, Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Astara rayonu, Səlivə kəndi ərazisində Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən Azat ağaclarının kəsildiyi və zədələndiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Hidayət Məlikzadə tərəfindən qanunsuz kəsildiyi və zədələndiyi, təbiətə 102200 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR