Prezident İlham Əliyev şəxsiyyət vəsiqəsi və pasport haqqında fərman imzalayıb - Detallar

img

27-10-2022 [14:04]


Prezident İlham Əliyev “2022-ci il dövlət büdcəsi haqqında” 3 dekabr 2021-ci il tarixli qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 23 dekabr 2021-ci il tarixli fərmanında, həmçinin  “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” fərman imzalayıb.

Mia.az xəbər verir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 586 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 75; 2013, № 12, maddə 1542; 2014, № 5, maddə 477; 2015, № 10, maddə 1141; 2016, № 8, maddə 1384; 2017, № 12 (I kitab), maddə 2285; 2018, № 8, maddə 1706; 2021, № 12, maddə 1417) 3-cü hissəsində “İqtisadiyyat” sözü “Daxili İşlər” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmandan irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsinlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

***

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanda isə deyilir:

1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1391; 2022, № 7, maddə 725) 1-ci hissəsindəki cədvəldə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.11.6.1-ci yarımbəndin “Xərclərin məbləği” və “Mərkəzləşdirilmiş xərclər” sütunlarında müvafiq olaraq “54,091,668.0” rəqəmləri müvafiq olaraq “5,810,010.0” rəqəmləri ilə əvəz edilsin;

1.2. 1.11.6.1.2-ci yarımbənddə aşağıdakı dəyişikliklər edilsin:

1.2.1. “Xərclərin istiqaməti” sütununda “Yeni nəsil şəxsiyyət vəsiqələrinin, biometrik pasportların və lisenziya” sözləri “Lisenziya” sözü ilə əvəz edilsin;

1.2.2. “Xərclərin məbləği” və “Mərkəzləşdirilmiş xərclər” sütunlarında müvafiq olaraq “48,291,668.0” rəqəmləri müvafiq olaraq “10,010.0” rəqəmləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 1.11.6.1-1-ci yarımbənd əlavə edilsin:

 1.11.6.1-1

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların çap edilməsi)

 

 48,281,658.0

 

 48,281,658.0

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşlarının biometrik pasportlarının hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında” 2010-cu il 12 mart tarixli 794 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 861-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 16 yanvar tarixli 228 nömrəli və “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 28 noyabr tarixli 893 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə də sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamda deyilir:

1. “Azərbaycan Respublikası vətəndaşlarının biometrik pasportlarının hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 mart tarixli 794 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 222; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan müqavilədən irəli gələn məsələlərin həll edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə olunsun.”;

1.2. 4-cü hissədə “İqtisadiyyat” sözü “Xarici İşlər” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 861-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 228 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 41; 2016, № 8, maddə 1384) 3-cü hissəsi ləğv edilsin.

3. “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 893 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1495; 2015, № 10, maddə 1192; 2016, № 8, maddə 1384; 2017, № 4, maddə 578, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2285; 2018, № 3, maddə 485, № 8, maddə 1706) 6-cı hissəsində “İqtisadiyyat Nazirliyi bu Sərəncamın 5-ci hissəsinə uyğun olaraq” sözləri “Daxili İşlər Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamdan irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsinlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR