İstanbulda azərbaycanlı kriminal avtoritet güllələnib

img

27-10-2022 [11:49]


Bu gün İstanbulda əslən Şərur rayonundan olan kriminal avtoritet, “Qardaşoğlu” ləqəbilə tanınan Elnur Qasımov güllələnib.

Mia.az “Azpolitika”ya istinadən xəbər verir ki, Rövşən Lənkəranskinin klanına daxil olan “Qardaşoğlu” ağır yaralıdır, İstanbul klinikalarından birinə yerləşdirilib. 

“Qardaşoğlu” ilə hesablaşmanın motivi məlum deyil. 

Qeyd edək ki, E.Qasımovun qardaşı Emin də kriminal aləmin tanınmış simalarından biridir. “Emin Naxçıvanski” kimi tanınan E.Qasımov dəfələrlə həbsdə olub, sonuncu dəfə bu yaxınlarda həbsdən buraxılıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR