Fizika və rus dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib

img

26-10-2022 [17:13]


Dövlət İmtahan Mərkəzində 26 oktyabr 2022-ci il tarixində fizika, rus dili (tədris dili) və rus dili (əsas xarici dil) fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

DİM-dən Mia.az-a verilən xəbərə görə, gündəlik məsələ fizika fənni üzrə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin, rus dili (tədris dili) və rus dili (əsas xarici dil) fənləri üzrə isə 11 illik (tam orta) təhsil səviyyəsi üzrə buraxılış imtahanları proqramlarının müzakirəsi olub.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər. İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR