"Bakıda qəzet və jurnal köşkləri xırdavat dükanlarıdır" - Baş redaktordan etiraz

img

26-10-2022 [16:07]


"Mətbuat yayımı yazıçı ilə oxucu arasında əlaqə deməkdir".

Mia.az xəbər verir ki, bu sözləri “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə Yazıçılar Birliyinin qurultayında deyib.

O qeyd edib ki, hazırda Bakıdakı qəzet və jurnal köşkləri xırdavat dükanlarına çevrilib:

"Bakı şəhərinin hər tinində qəzet və jurnal köşkləri var. Bu köşklərdə nə desən satılır. Bunlar min yox, iki min xırdavat dükanlarıdır. Ən yaxşı hallarda qəzet və jurnallar əhəmiyyətsiz bir şey kimi bir kənara yığılıb. Bu, 3-4 milyonluq Bakı boyda şəhərin əhalisinin gözləri qarşısında baş verir. Rayonlarda vəziyyət daha acınacaqlıdır. Bəs nə etməli? Əvvəla, hər bir ticarət şəbəkəsi öz təyinatı üzrə işləməlidir. İkincisi, ölkədə xeyli sayda kitabxanalar olmalıdır. Bu məsələlərə diqqət yetirilməlidir. Təhsil ocaqlarında da vəziyyət acınacaqlıdır. Nə jurnal, nə qəzet alırlar. Bu məsələ ilə aidiyyəti idarələr məşğul olmalıdırlar"


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR