Milli Qəhrəman Maşallah Abdullayev vəfat edib (Yenilənib)

img

26-10-2022 [14:16]


Milli Qəhrəman Maşallah Abdullayev dəfn edilib.

Mia.az xəbər verir ki, Maşallah Abdullayev Goranboy şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Milli Qəhrəmanın dəfn mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib, yaylım atəşi açılıb.

Allah rəhmət eləsin!

***

Azərbaycanın Milli Qəhrəmanı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Şurasının sədri Maşallah Abdullayev 72 yaşında vəfat edib.

Mia.az xəbər verir ki, o, bu gün bu gün dəfn ediləcək.

Qeyd edək ki, Abdullayev Maşallah Babakişi oğlu 27 may 1950-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində doğulub. Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət dəstə yaradaraq iştirak edib. 1992-ci ildə briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib. 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Maşallah Abdullayev 1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb. Azərbaycan Respublika Ali Sovetinin deputatı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR