Bakıda daha bir magistral su kəmərində qəza baş verib, ərazini və obyektləri su basıb - Açıqlamalar (FOTOLAR)

img

26-10-2022 [18:39]


Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb.

Mia.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı sosial şəbəkədəki hesabında paylaşım edib.

O bildirib ki, hazırda kəmərin su ilə doldurulması və qazılmış.ərazidə yol yatağının bərpası işləri aparılır: "Bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali normal qaydada içməli su ilə təmin olunub".

***

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı xəttə suyun verilməsi dayandırılıb, yollardan su çəkilib.

Məlumata görə, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, “Azərsu” ASC-nin və Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları çalışır.

Hazırda ərazidə su qalmayıb və ərazinin təmizlənməsi işləri aparılır/Report

Xatırladaq ki, hadisə nəticəsində ərazidə yerləşən bəzi obyektləri də su basıb..

***

Bakının Yasamal rayonunda qəza nəticəsində su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə başlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.

Məlumatla əlaqədar FHN-in müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR