"Atam rəhmətə gedəndə çox az sayda muğənni gəldi, çünki..." - Baloğlan Əşrəfovun oğlu 

img

25-10-2022 [18:02]


“İstədim bu mövzuya toxunmayım, amma sonra fikirləşdim ki, niyə də reallığı deməyim. Bu incəsənət aləmində kim deyirsə ki, dost var, çox yalan danışır”.

Bu sözləri mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov sosial media hesabında yazıb. 

O, atasının mahnılarını ifa edənlərin bir dəfə də olsun onun məzarını ziyarət etmədiklərini vurğulayıb:

“2017-ci ildə nənəm rəhmətə getdi. Demək olar ki, bütün müğənnilər məclisinə gəlmişdi, çünki atam sağ idi. Amma 2021-ci ildə atam rəhmətə gedəndə çox az sayda muğənni gəldi, çünki atam yox idi. Əgər pandemiya idisə, ilinə gələrdilər. Qəbrini ziyarət edərdilər. Sağlığında atama qardaş deyənlər də necə dəyişdisə, mən onların necə rol oynadıqlarına belə məəttəl qaldım. Bəstələdiyi, ifa etdiyi mahnıları efirlərdə oxuyan müğənnilər bir dəfə olsun atamın məzarı üstə gəlmədilər"/Axşam.az

Qeyd edək ki, B.Əşrəfov ötən il koronavirus infeksiyasından dünyasını dəyişib.


Digər xəbərlər
SON XƏBƏRLƏR