Şarl Mişel: “Aİ ölkələri silahlanma xərclərini artırmağa məcburdur”

img

24-10-2022 [18:14]


“Avropa İttifaqı (Aİ) ölkələri Ukraynadakı müharibə fonunda silahlanma xərclərini artırmağa məcburdur”.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Polşa, Almaniya və Litvanın silahlanma üçün xərcləri artırmaq niyyətinə münasibət bildirərkən deyib.

“Fikrimcə, hazırkı vəziyyətdə başqa seçimimiz yoxdur”, - o bildirib.

Onun sözlərinə görə, Ukraynaya hərbi yardım göstərildiyinə görə Avropa ölkələri silah ehtiyatlarını artırmalıdır: “Avropalılar vətəndaşlarının, gələcək nəsillərin təhlükəsizliyi üçün məsuliyyət daşımalıdırlar. Bu, şıltaqlıq deyil, ideal dünyada yaşamamağımızın nəticəsidir. Biz sadəlövh olmamalıyıq”.

Ş.Mişel hesab edir ki, Aİ-nin ümumi müdafiə strategiyasına ehtiyacı var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR