Kəşfiyyat: “Ukrayna İran istehsalı olan PUA-ları uğurla zərərsizləşdirir”

img

24-10-2022 [12:43]


Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ukrayna şəhərlərinin enerji və digər infrastrukturlarına hücumda istifadə etdiyi, İran istehsalı olan “Şahed-136” pilotsuz uçuş aparatlarının (PUA) hücumlarını getdikcə uğurla dəf edir.

Bu barədə Böyük Britaniya kəşfiyyatının tviter səhifəsində məlumat verilib.

“Rusiya Ukrayna ərazisində hədəflərə qarşı İran istehsalı olan PUA-lardan istifadə etməyə davam edir. Ukrayna “Şahed-136” PUA-larını zərərzişlədirmək məsələsində daha çox uğur qazanır”, - məlumatda qeyd edilib.

Ukrayna ordusunun rəsmi məlumatlarına görə, Rusiya Silahlı Qüvvələrinin bütün hücumlarının, təxminən, 85 %-i dəf edilir.

Britaniya kəşfiyyatı bildirib ki, Rusiya güman ki, uzaqmənzilli dəqiq silahlarının artan çatışmazlığını doldurmaq üçün çox sayda İran istehsalı olan PUA-lardan istifadə edir: “Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi PUA-lar məhdud manevrə, sürətə malikdir və çox səs-küylüdür. Bu da onları adi hava hücumundan müdafiə sistemləri üçün asan hədəfə çevirir”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR