24-04-2014 [21:58]
Mia.az "Təzadlar” qəzetinə istinadən həmin məktubu təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Baş Prokuror cənab Zakir Qaralova!
Kəlbəcər rayon təhsil şöbəsinin hazırkı müdiri Məhyəddin Əbdürrəhmanovun bir iş üsulu da budur ki, o, hər xəstə uşağa görə sentyabr ayında 1000 manat pul silir. Bülletenə görə silinmiş pulların hamısı yoxlanılsa, onun qanunsuz hərəkətləri üzə çıxacaq. Sinifin hər birindən 2500-3000 manat alınmaqla məktəblərə satılır. Elə məktəb var ki, iki uşağın adı paralel olaraq ayrı-ayrı sinifdə yer verilib. Məktəblərə mütəmadi olaraq hər ay hər məktəbə 200-1000 manat arası haqq qoyulur. Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanov öz baldızı qızını saxta diplomla ixtisas dəyişmə yolu ilə hər ay psixoloq kimi adını yazır, uşaq onu tanımadığı halda onun adına pul yazıb özü götürür. Məhyəddin Əbdürrəhmanov əvvəllər TŞ-də məsləhətçi işlədiyi dövrdə hər məktəbə özü məsləhətçi olduğu üçün məktəblərə saxta diplomlar yerləşdirməklə istənilən qədər korrupsiya hərəkətləri etmişdir. Halbuki rayon Təhsil Şöbəsinin məsləhətçiləri və məktəb direktorlarının bu barədə əmri olmuşdur. Əmək qanunvericiliyini pozaraq işə gəlmədiyinə görə işdən azad olmuş adamı hansı səbəbdən bir ildən artıqdır əvəzçilik qaydası ilə idarə etdirirlər?
Ən dəhşətlisi budur ki, həm Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, həm də rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanov tutduqları qanunsuz əməllərin adını Kəlbəcərdən millət vəkili Cavid Qurbanovun adı ilə bağlayırlar…
Rayon Təhsil Şöbəsinə ayrılmış 700 000 manatı 1-ci, 2-ci rüb yox, məhz 3-cü rüb cəm şəklində götürüb öz aralarında bölüşüblər (10%-i Salman Qasımovla büdcənin rəisi Məmməd Əliyevin, 50%-i icra başçısı Aqil Məmmədovun, 30%-i isə Məhyəddin Əbdürrəhmanovundur). Kəlbəcərdə heç kimə sirr deyil ki, məktəb direktorunun birini 10 000-15000 manat arası işə götürürlər. Və 20-yə yaxın məktəb direktoru bu yolla dəyişdirilib. Saymaqla qurtarmayan qanunsuz əməlli, Musavat başqanı İsa Qəmbərin 6 aylıq təbliğat-təşviqat məktəbini qurtarıb diplom almış, rayonda ədəbaz, demoqoq kimi tanınmış adamı Kəlbəcər kimi bir ziyalı camaata rəhbər qoymaq xalqa, rayona təhqirdir. Aqil Məmmədov hal-hazırda da müxalifətə işləyir.
Görün nə vəziyyətdir ki, Təhsil Şöbəsinin müdirinin təyinatı təhsil naziri ilə razılaşdırmamışlar və sadəcə, birbaşa RİH başçısının sərəncamı ilə təyin etmişlər. Ona görə də rayon Təhsil Şöbəsində iş o yerdədir ki, hər direktordan əlavə olaraq 60 manat pul yığılır, əmək haqları konvert üsuluna keçirilib. Məhyəddin Əbdürrəhmanovun 20 işçisi var, amma ayda hərəsinə 100 manat pul verilir… Azərbaycan dövlətinin və dövlətçiliyinin qatı düşməni Ərşad İbrahimovu məhz RİH başçısı A.məmmədov və Məhyəddin Əbdürrəhmanov var gücü ilə maliyyələşdirib, müdafiə edirlər. Ərşad İbrahimovun barəsində isə AR Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə cinayət işi istintaq olunur, məhkəməsi gedir. Hansı ki, bu, Ərşad İbrahimovun oğurluq və pul tələbi ilə törətdiyi əməllərinə görə üçüncü məhkəməsidir. Ərşad İbrahimov gön-dəri aşılayan texnoloqdur.Çempionlar Liqası: ilk finalçı bəlll oldu - PSJ uduzdu
Aleks de Souza "Antalyaspor"la anlaşdı - Köməkçisi isə...
Qəzzada BMT-nin daha 6 əməkdaşı həlak olub - Hesabat
Türkiyə kuboku: "Beşiktaş"ı finala yüksəldi
Şotlandiyanın yeni baş naziri bəlli oldu - 64 səslə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir partiya sədri istefaya gedir: "Səhhətim imkan vermir"
Türkiyə ilə Küveyt arasında 6 yeni müqavilə imzalanıb - Ərdoğan əmiri təltif edib (FOTO)
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi