Avarçəkmə üzrə "Mingəçevir Reqatası"na start verilib (Yenilənib)

img

21-10-2022 [14:18]


Avarçəkmə üzrə "Mingəçevir Reqatası"na start verilib.

Mia.az xəbər verir ki, Suqovuşanda təşkil olunan ilk yarışda əvvəlcə idmançıların nümunəvi keçidi, ardınca isə iştirakçı ölkələrin rəsmi paradı baş tutub.

Reqatada Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları iştirak edir.

Reqata kişilər arasında 1 nəfərlik qayıqda 200 metr məsafəyə yarımfinal yarışı ilə start götürüb.

Bu gün kayak və kanoe növlərində qaliblər müəyyənləşəcək.

Yarış 22-23 oktyabrda isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar.

Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.

***

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nda Vətən müharibəsi iştirakçıları mükafatlandırılıb.

Mia.az xəbər verir ki, mükafatları gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasilyeva və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev təqdim edib.

Qeyd edək ki, reqataya oktyabrın 23-də yekun vurulacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR