"Mən hər hansı kəşfiyyat məlumatı verməyəcəyəm" - NATO-dan İrana xəbərdarlıq

img

20-10-2022 [14:27]


NATO Baş katibi Yens Stoltenberq İrana çağırış edib.

Bu barədə Stoltenberq İsveç Baş naziri Ulf Kristerssonla görüşdən sonra keçirilən birgə mətbuat konfransında İranın Rusiyanı kamikadze dronlarla təchiz etməsi barədə sualı cavablandırarkən deyib.

"Mən hər hansı kəşfiyyat məlumatı verməyəcəyəm, lakin onu deyə bilərəm ki, bütün nişanələr İranı göstərir. İran da daxil olmaqla bütün ölkələrə çağırış edirik ki, Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsinə dəstək verməsinlər", o deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR