Bəstəkar “Qarabağnamə” baleti yazır

img

19-10-2022 [16:40]


“44 günlük Vətən müharibəsinə həsr etdiyim “Qarabağnamə” baleti üzərində işləyirəm”.

Mia.az xəbər verir ki, bunu Report-a açıqlamasında tanınmış bəstəkar, Xalq artisti Eldar Mansurov deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsindən əvvəl və sonra da vətənpərvərlik ruhunda çoxlu əsər yazıb. E.Mansurovun sözlərinə görə, təkcə Xalq artisti Mübariz Tağıyevlə birgə onlarla mahnı bəstələyib.

“Hamısı Vətənlə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, əsgərlərimizin qəhrəmanlığı, şəhidlərimizlə bağlı olub. Müxtəlif şairlərin sözlərinə mahnılar yazmışam. Hamısı da Azərbaycanın qələbəsini vəsf edən mahnılardır. Bundan sonra da yazacam. Hazırda yeni bir əsər üzərində işləyirəm. 44 günlük Vətən müharibəsinə həsr etdiyim “Qarabağnamə” baletinin bəzi bölmələri hazırdır”, - bəstəkar vurğulayıb.

Xalq artisti balet üçün yaxşı bir ssenariyə ehtiyacının olduğunu deyib: “Çünki həmin ssenari müharibənin başlanğıcından sonuncu nöqtəsini - Qələbəni ehtiva etməlidir. Belə şeylər operada asandır. Orda sözlər kömək edir. Amma baletdə bunları hərəkətlər və musiqi ilə göstərirsən. Buna görə, ssenari lazımdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq