Vilayət Eyvazov onların rütbələrini qaldırdı - SİYAHI

img

17-10-2022 [17:13]


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin 5 əməkdaşına polis kapitanı rütbəsi verilib.

Məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı, Şəki regional qrupunun baş inspektoru Mahir Mənsimov, Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov, Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev və Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov polis kapitanı rütbəsinə layiq görülüblər.

DİN-in Mətbuat Xidməti məlumatı təsdiqləyib/Report.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR