“Minaları təmizləmək üçün illər lazım olacaq” - MÜSAHİBƏ
17-10-2022 [14:40]
Ukrayna ölkənin əvvəllər işğal olunmuş ərazilərini uğurla azad etməkdə davam edir.
Bəs Ukrayna hökuməti azad edilmiş ərazilərdə hansı çətinliklərlə üzləşir?
Bildiyiniz kimi, Azərbaycan üçün bu yöndə əsas çətinlik tamamilə dağılmış infrastruktur və mina təhlükəsi idi (hesablamalara görə, artıq azad edilmiş Azərbaycan torpaqlarına bir milyondan çox mina basdırılıb).
Bəs Ukraynada vəziyyət necədir? Əsas aktual problemlər hansılardır?
Mia.az xəbər verir ki, Oxu.az-ın ünvanladığı bu sualları Ukraynanın baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk cavablandırıb:
- Son bir neçə həftə ərzində Ukrayna ordusu 9 000 kvadrat kilometrdən çox ərazidə 700-dən çox yaşayış məntəqəsini azad edib. Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyinin işi artıb. Biz işğaldan azad edilmiş bütün ərazilərin reinteqrasiyasını həyata keçirməliyik, ən əsası isə işğal altında yaşamaq məcburiyyətində qalan insanları. Dövlətin, qeyri-hökumət sektorunun və beynəlxalq əlaqələr üzrə mütəxəssislərin fəaliyyətini əlaqələndirməkdən ötrü xüsusi olaraq İşğal olunmuş ərazilər üzrə koordinasiya qərargahı yaradılıb. İlkin olaraq ordu və xüsusi xidmət orqanları stabilləşdirmə tədbirləri həyata keçirirlər. Sonra minalardan ilkin təmizləmə prosesi aparılır. Lakin ərazilərin tam şəkildə minalardan təmizlənməsi üçün illər lazım olacaq.
Siz doğru qeyd edirsiniz, əsas problemlərdən biri mina təhlükəsidir (Azərbaycanda olduğu kimi - red.). Biz hakimiyyət orqanlarının fəaliyyətini və asayişi bərpa edirik. Bununla belə, bizim əsas vəzifəmiz kritik infrastrukturun - işığın, suyun, qazın və istilik təchizatının tez bir zamanda bərpasını təmin etməkdir. Mobil rabitə və internetin bərpası da vacibdir.
Mənzil fondunun və mülki infrastrukturun məhv edilmə dairəsi çox böyükdür. Məsələni qəlizləşdirən amil odur ki, qarşıdan qış gəlir və hər yerdə müvafiq infrastrukturu bərpa etməyə vaxtımız çatmayacaq. Ona görə də azad edilmiş müəyyən ərazilərdə yaşayan əhalini soyuq dövr üçün ölkənin mərkəzinə və qərbinə təxliyə edirik.
Hərəkət imkanları məhdud insanlara, əlillərə və tənha qocalara xüsusi diqqət yetiririk. Biz çalışırıq ki, işğaldan azad edilmiş ərazilərdə tibbi xidmət, poçt şöbəsi, banklar və pərakəndə ticarət sahəsi ən qısa zamanda fəaliyyətə başlasın. Biz beynəlxalq donorların köməyi ilə işğaldan əziyyət çəkən və işğaldan azad olunan zaman ərazilərdə yaşayan sakinlərə birdəfəlik pul yardımı ayırırıq.
Biz azad edilmiş ərazilərdə hökumətin humanitar proqramlarını dəstəklədikləri üçün beynəlxalq humanitar təşkilatlara çox minnətdarıq. Biz azad edilmiş ərazilərin inteqrasiyasında böyük rol oynayan ukraynalı könüllülərimizə də sonsuz olaraq minnətdarıq.
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür