"Rusiya müharibəni hətta hərbi cəhətdən uduzur" - Borrell Kiyevə dəstəyin davamlı olmasının vacbliyini qabardıb

img

17-10-2022 [11:38]


"Rusiya müharibəni həm mənəvi, həm də siyasi və hətta hərbi cəhətdən uduzur".

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə deyib.

"Rusiya günü-gündən daha çox təcrid olunur. Biz BMT Baş Assambleyasındakı səsvermənin nəticəsini gördük. Bütün bunlara görə biz Ukraynanın dəstəkləməyə davam etməliyik. Ukrayna XİN başçısı Dmitri Kuleba da bugünkü görüşdə iştirak edəcək", - o bildirib.

Cozep Borrell vurğulayıb ki, bloka üzv ölkələrin XİN başçıları bu gün həm də Ukrayna hərbçilərinə təlimlərin keçirilməsi ilə bağlı missiya barədə də müzakirə aparacaq: “Təlimlər yalnız əsgərlər üçün deyil, həm də komandirlər üçün nəzərdə tutulur”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR