Rusiyada hərbi hissədə atışma: 11 nəfər öldürülüb, yaralılar var - MN hadisənin terror adlandırdı

img

16-10-2022 [00:01]


Rusiyanın Ukrayna ilə sərhədyanı bölgədə yerləşən Belqorod vilayətində hərbi hissədə atışma olub.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, hərbi hissədə baş verən insident terror aktıdır: "Hadisə nəticəsində 11 nəfər ölüb, 15 yaralı var, Hadisəni törədən MDB ölkələrindən iki nəfər olub. Onlar xüsusi əməliyyatda iştirak etmək arzusunda olan şəxslərlə atışma məşqi zamanı bölmənin şəxsi heyətinə silahlardan atəş açıblar. Hər iki terrorçu isə hadisə yerində cavab atəşi ilə öldürülüb".


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub