Borell İran xarici işlər naziri ilə danışdı: "Repressiya dərhal dayandırılmalıdır"

img

14-10-2022 [18:15]


Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borellə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Bu barədə Borell tviterdə paylaşım edib.

O, Abdullahiyanla İrandakı daxili durumu müzakirə etdiyini bildirib: “Aİ-nin aydın və vahid mövqeyini bir daha çatdırdım: İranda insanların dinc etiraz və fundamental hüquqları müdafiə etmək hüququ var”. 

Borell deyib ki, zorakı repressiya dərhal dayandırılmalıdır: “Etirazçılar azad edilməlidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR