Avropa Liqası: "Qarabağ" - "Olimpiakos" qolsuz bitdi, "Frayburq" isə rəqibini qol yağışına tutub (Yenilənib)

img

13-10-2022 [22:39]


Bakıda "Qarabağ" və Yunanıstanın "Olimpiakos" komandası arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu başa çatıb.

Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.

İlk hissiə başa çatıb - 0:0

İkinci hissədə də oyun komandamızın üstünlüyü ilə davam etsə də, hesab açılmayıb.

Beləliklə, oyun qolsuz başa çatıb - 0:0

Qrupun digər matçında Almaniyanın "Frayburq" komandası Fransada "Nant"a qalib gəlib - 0:4.

Qeyd edək ki, bu heç-heçəylə "Qarabağ" növbəti oyunların nəticəsindən asılı olmayaraq UEFA Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib.

Onu da qeyd edək ki, G qrupuna 12 xalla "Frayburq" başçılıq edir. "Qarabağ" 7 xalla ikinci, "Nant" 3 xalla üçüncü sıradadır. "Olimpiakos" isə bugünkü oyunla aktivinə bir xal yazdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR