Olimpiakos" futbolçusu: "Sabah "Qarabağ"dan qisas üçün meydana çıxacağıq"

img

12-10-2022 [17:45]


"Birinci oyunda uduzduğumuza görə məyusam. Sabah qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Qisas üçün meydana çıxacağıq. Böyük klub olduğumuzu sübut etməliyik".

Bunu Yunanıstanın "Olimpiakos" komandasının futbolçusu Usseynu Ba Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.

27 yaşlı müdafiəçi doğma meydanda məğlub olmağa öyrəşmədiklərini bildirib: "İlk matçdan sonra baş məşqçi bizimlə söhbət etdi. Sabah fərqli oyun nümayiş etdirəcəyik. Bütün diqqətimizi matça yönəldəcəyik və bacardığımız qədər aqressiv olacağıq ki, istədiyimiz nəticəni əldə edək"/Report.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR