Bakıda kütləvi dava olub, xəsarət alanlar var

img

24-04-2014 [00:05]


Bakıda kütləvi dava olub. Şahidlərin verdiyi məlumata görə, hadisə saat 22.00 radələrində Əhmədli qəsəbəsində "Fəridə” şadlıq evinin qarşısında qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada xəsarət alanların olduğu bildirilir.

MIA APA-ya istinadən xəbər verir ki, hadisə yerinə polis əməkdaşları gəlib, araşdırmalar davam etdirilir. Hadisə səbəbindən şadlıq evinin qarşısından keçən yolda nəqliyyatın hərəkəti də məhdudlaşıb.

Xətai Rayon Polis İdarəsindən adıçəkilən ünvanda insidentin olduğunu təsdiqləsələr də bu barədə əlavə açıqlama verilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA