Deputatlar banklardan narazılıq edir: "Elə bir təminatı olan KOB niyə kredit götürsün ki?"

img

11-10-2022 [17:54]


"Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinə maliyyə dəstəyi göstərmək üçün ayrıca bank təsis edilməlidir".

Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Belə bank olmasa, əminəm ki, istədiyimiz inkişafı əldə edə bilməyəcəyik. KOB-lar 50 min manat kredit götürmək üçün adi banka müraciət edəndə, ondan 150 min manat dəyərində təminat istənilir. Elə bir təminatı olan KOB niyə kredit götürsün ki? Həmçinin, təklif edirəm ki, KOB-ların vergi yükü azaldılsın", - deyə o, qeyd edib.

Milli Məclisin digər deputatı Müşfiq Məmmədli isə təklif edib ki, KOB-ları maliyyələşdirmək üçün ayrıca bank olmayan kredit təşkilatı (BOKT) yaradılsın: "Bununla da, KOB-lar girovsuz maliyyələşdirilsin. Çünki, banklar ancaq daşınmaz əmlakı girov götürməklə kredit verir, bunu da əsasən Bakıda və Gəncədə edirlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR