Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisini maşın vurub

img

11-10-2022 [13:36]


Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıtda baş verən yol qəzasında Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi Alxanlı Çingiz Mehbala oğlu ölüb.

Hadisə dənizkənarı bulvar ərazisində baş verib. "Chevrolet Camaro” markalı avtomobilin sürücüsü piyada Çingiz Alxanlını vurub. Nəticədə o hadisə yerində vəfat edib.

Mia.az xəbər verir ki, sumqayit24.az saytı qəza yerindən fotoları yayımlayıb. Həmin fotoları təqdim edirik:

Qeyd edək ki, polis polkovniki Çingiz Alxanlı dünyaşöhrətli "FİKA MONTİNO” brendinin yaradıcısı Fikrət Allahverdiyevin qudası olub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR