Əli Əsədov Moldovanın Baş naziri ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)

img

10-10-2022 [18:44]


Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 10-da ölkədə səfərdə olan Moldovanın Baş naziri Natalya Qavrilitsa ilə görüşüb.

Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Moldova münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

Bakıda keçirilən Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının önəmi vurğulanıb.

Azərbaycan ilə Moldova arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA